RU

Şəhid atası: “Dedi ki, sənə Azərbaycandan çay almışam...” – FOTO/VİDEO

“Oğlum mənə dedi ki, “ata, sən çayı sevirsən, sənə Azərbaycandan çay almışam...”

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, bu sözləri Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan 27 yaşlı hərbçi Berkay Karacanın atası Nedim Karaca bildirib.

O, qəzadan bir gün əvvəl oğlu ilə telefonla danışdığını deyib: “Bizə Azərbaycandan hədiyyə aldığını söyləmişdi. Dedi ki, bir qrup getdi, daha sonra biz də gələcəyik. Amma gələ bilmədi...”

Təqaüddə olan hərbçi N.Karaca oğlunun da uşaqlıqdan hərbçi kimi xidmət etmək arzusunda olduğunu bildirib:

“Övladım öz işini çox sevirdi. 8 ildir xidmət edirdi. Bu il yer dəyişikliyi edəcəkdi. Deyirdi ki, “ata, təyinat istəyəcəyəm, sənə yaxın Bandırmaya gələcəyəm”. Amma gələ bilmədi. Oğlumun toyunu etmək əvəzinə cənazə hazırlıqlarını görürəm.

Oğlum anasına “ana, mən şəhid olacağam, sən də Vətən sağ olsun deyəcəksən, mətanətli, dik duracaqsan” deyib. Vətən sağ olsun!”

Xatırladaq ki, noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçi həlak olub. (Qafqazinfo.az)




Bizim.Media

Избранный
21
6
bizim.media

7Источники