RU

Almaniya 2026-cı ildə Ukraynaya maliyyə yardımını artıracaq

Almaniya hökuməti 2026-cı ildə Ukraynaya maliyyə yardımını 3 milyard avro artırmaq niyyətindədir.

Bunu Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl bildirib.

“Büdcə düzəlişlərinə dair iclasda biz Ukraynanın möhkəmləndirilməsi üçün əlavə olaraq daha 3 milyard avro ayıracağıq”, – o deyib.

Klinqbeyl həmçinin xatırladıb ki, Almaniya Ukraynanın ən böyük Avropa donorudur.

Qeyd olunur ki, hazırda Bundestaqda 2026-cı il dövlət büdcəsi layihəsi üzrə müzakirələr yekunlaşmaq üzrədir.

"Cebheinfo.az" 

Избранный
16
4
cebheinfo.az

5Источники