RU

Bakıda “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 12-də “Gülüstan” sarayında Azərbaycan RespublikasıPrezidentinin Administrasiyasının dəstəyi və AzərbaycanRespublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı iləAzərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cuildönümünə həsr olunan “Konstitusiya və qanunun aliliyi müasirhüquq sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend xəbərverir ki, konfransdan öncə iştirakçılar Fəxri xiyabanda ÜmummilliLider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonraiştirakçılar Zəfər parkında olub, buradakı abidə önünə güldəstələri qoyublar.

Konfransın açılışında Konstitusiyanın 30 illik yubileyinə həsrolunmuş videoçarx nümayiş etdirilib.

Tədbirin açılışında Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətinisəsləndirib.

Daha sonra F.Abdullayev açılış nitqi ilə çıxış edərək konfransiştirakçılarının adından dövlətimizin başçısı İlham Əliyevə dərinməzmunlu müraciətinə görə minnətdarlığını bildirib. Sədr xariciölkələrdən Bakıya gələn qonaqları, eləcə də dövlət orqanlarının,ictimai təşkilatların rəsmilərini salamlayaraq tədbiriştirakçılarını 12 noyabr – Azərbaycan RespublikasınınKonstitusiyası Günü, xüsusilə dövlətimizin Əsas Qanununun 30 illikyubileyi münasibətilə təbrik edib.

F.Abdullayev bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il 28dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiyavə Suverenlik İli” elan olunması müstəqil dövlətçiliyimizin əsassütunu olan Konstitusiyamızın ali dəyərini bir daha vurğulayır.

Diqqətə çatdırılıb ki, dövlətin qanunvericilik sistemininbünövrəsini təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malikolan Konstitusiya ölkədə ictimai-siyasi sabitliyin, milli birliyintəminatçısı kimi çıxış edir.

F.Abdullayev qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixindəmüstəsna yeri olan Ümummilli Lider Heydər Əliyevin xalqımızqarşısında ən mühüm xidmətlərindən biri ölkənin Əsas Qanunununqəbulu ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə 1995-ci ildə müstəqilAzərbaycanın ilk Konstitusiyasının layihəsi hazırlanaraq noyabrın12-də keçirilən ümumxalq səsverməsi – referendum yolu ilə qəbulolunub. Bu tarixi hadisə ilə respublikamızın demokratik, hüquqi vədünyəvi dövlət quruculuğunun mühüm mərhələsi başlayıb.

Vurğulanıb ki, geridə qalan üç onillik ərzində AzərbaycanRespublikasının Konstitusiyası dövlət hakimiyyəti sisteminimüəyyənləşdirən, siyasi strategiyaları və normativ əsaslarıtənzimləyən, həmçinin vətəndaşların hüquq və azadlıqlarını təsbitedən əsas hüquqi sənədə çevrilib. Azərbaycan RespublikasınınKonstitusiyasında təsbit edilmiş prinsiplər keçmişlə gələcəyinharmonik ifadəsidir.

“Yubileyini qeyd etdiyimiz Konstitusiya hər birimizinsərvətidir. Zaman ötür, nəsillər dəyişir, Konstitusiya isə alidir,dayanıqlıdır. Zamanla Əsas Qanunda müəyyən dəyişikliklər edilir,amma Konstitusiya ilə təsbit edilmiş əsas dəyərlər, prinsiplər,Konstitusiyanın fəlsəfəsi dəyişmir. Bizim vəzifəmiz bu dəyərlərdənruhlanaraq qanunvericiliyi yeni çağırışlara cavab verə biləcəkşəkildə inkişaf etdirməkdir” - deyə F.Abdullayev vurğulayıb.

Məlumat verilib ki, 1995-ci il Konstitusiyası müstəqilliyimizinhüquqi əsasını qoymuşdursa, 2020-ci ildə Prezident, Müzəffər AliBaş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzunqazandığı Qələbə nəticəsində Konstitusiyamızın ali qüvvəsi bütünərazimizdə bərqərar edilub. Bu tarixi Zəfərlə Konstitusiyanın 11-cimaddəsində təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisivahiddir, toxunulmazdır və bölünməzdir” prinsipi reallığa çevrilib,beynəlxalq hüquq normaları və təməl prinsiplərin aliliyi təminedilib. Eyni zamanda, Konstitusiyanın 30 illiyi və böyükQələbəmizin 5 illiyi təkcə bir tarix deyil, həm də məsuliyyətçağırışıdır. Qarşımızda duran vəzifə - Əsas Qanunun dəyərləriniqorumaq, həmin dəyərləri gələcək nəsillərə ötürməkdir.

Sədr F.Abdullayev qeyd edib ki, bu il “Azərbaycan RespublikasıKonstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasınınyubiley medalı təsis edilib. Bu medal dövlətimizin konstitusiyadəyərlərinə sadiqliyinin və müstəqil Azərbaycanın inkişaf yolundaqazandığı nailiyyətlərin rəmzi ifadəsidir.

“Konstitusiya Məhkəməsi də bu istiqamətdə üzərinə düşənöhdəlikləri layiqincə yerinə yetirəcək, qanunvericiliyin müasirsosial-siyasi reallıq baxımından Konstitusiyanın hərfi mənasına vəruhuna uyğun şəkildə inkişafına töhfəsini verəcək. Əminəm ki,tədbir zamanı bizi olduqca maraqlı, faydalı çıxış və müzakirələrgözləyir”,- deyə Konstitusiya Məhkəməsinin sədri diqqətəçatdırıb.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası, demokratik dövlətkimi formalaşması və inkişafı görkəmli ictimai-siyasi və dövlətxadimi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və tarixixidmətləri ilə bağlı olduğunu deyən Azərbaycan Respublikasınınİnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib:"Məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsiyolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasındabəyan edilən niyyətlərdən biri də qanunun aliliyini təmin edənhüquqi və dünyəvi dövlətin qurulmasıdır.

Qanunun aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlıinkişafının təməl daşı deyil, həm də insan hüquq və azadlıqlarınınən mühüm təminatçısıdır. Bu baxımdan, Konstitusiyamızda insan hüquqvə azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimitəsbit olunması insan hüquqlarına verilən ən yüksək dəyərintəzahürüdür. Təsadüfi deyildir ki, Ölkəmizin Ali Qanununun ən böyükfəsli məhz insan hüquq və azadlıqlarına həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığıuğurlu daxili və xarici siyasət, habelə həyata keçirilən ardıcılislahatlar və qəbul edilən mühüm qərarlar müstəqil dövlətçiliktariximizin yeni mərhələsinin əsasını qoydu. Konstitusiondəyişikliklər və normativ hüquqi bazanın təkmilləşdirilməsi qanununaliliyinin təmin olunmasına, demokratik idarəetmə və hüquqi dövlətprinsiplərinin inkişafına əlverişli şərait yaratdı.

Xüsusən də, insan hüquqları sahəsində davam etdirilən islahatlarbu sahəyə verilən yüksək dəyəri, beynəlxalq öhdəliklərə sadiqliyinümayiş etdirməklə yanaşı, beynəlxalq tərəfdaşlıq üçün etibarlı vədayanıqlı mühit formalaşdırdı. Təsadüfi deyildir ki, ölkəmiz sonillər insan hüquqları sahəsində irimiqyaslı və nüfuzlu beynəlxalqtədbirlərə ev sahibliyi etməkdədir.

Ölkə başçısının təşəbbüsü ilə həyata keçirilən həmin hüquqiislahatlar nəticəsində insan hüquq və azadlıqlarının təmin edilməsiüzrə dövlətin ali məqsədinin həyata keçirilməsində xüsusi rolu olanOmbudsmanın mandatının beynəlxalq hüquq normalarına tamuyğunlaşdırılması ilə bağlı qanunvericiliyə əhəmiyyətlidəyişikliklər edildi, yeni fəaliyyət istiqamətləri müəyyənolundu”.

Asiya Ombudsman Assosiasiyasının sədri, Pakistan FederalOmbudsmanı Ejaz Ahmad Qureşi Pakistanın Azərbaycanın müstəqilliyini1991-ci ildə tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladıb:“1992-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlərqurulub. Bu gün Azərbaycan və Pakistan arasındakı əlaqələrqardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bumünasibətlərin inkişafında Azərbaycanın birinci xanımı MehribanƏliyevanın göstərdiyi humanitar dəstək, diqqət və qayğı xüsusi qeydolunmalıdır”.

Pakistan Federal Ombudsmanı qeyd edib ki, Ulu Öndər HeydərƏliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan RespublikasınınKonstitusiyası ölkənin suverenliyini, bərabərliyini və hüquqidövlət prinsiplərini özündə ehtiva edir. Bu ali sənəd insan hüquqvə azadlıqlarını təmin edir, qanunun aliliyini əsas tutaraqcəmiyyətin demokratik inkişafına istiqamət verir.

“İnsan hüquqlarının müdafiəsi baxımından insan hüquqlarımüvəkkili (ombudsman) institutlarının yaradılması da böyükəhəmiyyət kəsb edir. Bu institutlar vətəndaşların hüquq vəazadlıqlarının qorunmasında mühüm rol oynayır”.

Ejaz Ahmad Qureşi çıxışının sonunda Vətən müharibəsindəqazanılmış Zəfərin beşinci ildönümü və Azərbaycan RespublikasıKonstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətiləAzərbaycan xalqını təbrik edib.

Avropa Hüquq İnstitutunun sədri Teresa Rodriguez de las HerasBallell gələcək üçün öz hüquqi bazanın hazırlanması zamanı hibridcəmiyyətlərin gələcəyinin də nəzərə alınmasının vacibliyinivurğulayıb. Onun sözlərinə görə, insan-süni intellekt-hibridcəmiyyətləri hazırlanmalıdır: "Biz öz hüquqi bazamızı buçağırışlara necə hazır edə bilərik? Burada cəmiyyətlərin vəiqtisadiyyatların hibridləşməsi prosesindən söhbət gedir.

Konstitusiya təbəqəsində həm dövlət qulluqçuları həm də özəlsektor tərəfindən süni intellektin daha geniş istifadəsinə yolaçmalıyıq. Birincisi, biz tamamilə insan hüquqları, vətəndaşazadlıqlarının təmin edilməsini davam etdirməliyik. Lakin süniintellekt bunlara əməl etsə də bu, bəs eləmir. Ola bilər ki,müəyyən qadağa və məhdudiyyətlər olsun və həm dövlət həm də özəlsektor tərəfindən süni intellektin istifadəsində tətbiq edilsin.Onlar süni intellektdən istifadə etdikdə müəyyən qadağa vəməhdudlaşmalara yol açmalıdırlar. Bunu biz Avropa İttifaqında süniintellekt haqqında Aktın qəbul olunması zamanı etdik. Süniintellektlə bağlı qanuna yenidən baxmalı, hansı model hüquqlarıyaratmalı olduğumuz haqda fikirləşməliyik. Süni intellekt yenirisklər yaradır. Ona görə də bu sahəyə öhdəliklər ilə bağlı olanqaydaların da tətbiqi vacibdir. Birlikdə işləməli, yeni çağırışlarınəzərə alaraq qanunvericilik bazasının yenilənməsi haqqındadüşünməli və gələcəyin hibrid cəmiyyətlərinə hazır olmalıyıq.Gələcək cəmiyyətlərdə həm süni intellekt, həm də insanlar birlikdəyaşayacaqlar. Ona görə də elə etməliyik ki, hibrid cəmiyyətlərdemokratiya, qanunun aliliyi və insan hüquqlarına əsaslansın.Əminəm ki, birlikdə buna nail olacağıq".

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasətişöbəsinin müdiri Gündüz Kərimov isə öz çıxşında Konstitusiyanınhüquqi dövlətdə və müasir cəmiyyətdəki mühüm rolunu vurğulayıb:“Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan AzərbaycanRespublikasının Konstitusiyası olduqca çətin və məsuliyyətli birdövrdə qəbul edilib. Həmin illərdə dövlətimiz öz müstəqilliyi vəsuverenliyi uğrunda mübarizə aparırdı.

Bütün bunlara baxmayaraq Konstitusiyamız milli dəyərləri,prinsipləri və dövlətçiliyin əsas standartlarını özündə ehtivaedir. Bu ali sənəd həmçinin, ümumbəşəri dəyərlərə sadiqliyi ifadəedir və dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitindəyaşamaq istəyini əks etdirir.

Faktiki olaraq, Qarabağ torpaqları işğal altında olarkən,Konstitusiyanın bəzi müddəalarının tam şəkildə həyata keçirilməsimüəyyən məhdudiyyətlərlə üzləşmişdi. Lakin Prezident İlham Əliyevinrəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində bumüddəalar tam bərpa olunub. Azərbaycan bayrağı işğaldan azadedilmiş torpaqlarımızda ucaldılıb, dövlət sərhədlərimiz bərpaedilib. Bu, Konstitusiyanın müddəalarının real şəkildə həyatakeçirilməsi və ona yeni nəfəs verilməsi deməkdir”,-deyə G.Kərimovbildirib.

O əlavə edib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuşhəmvətənlərimiz artıq öz torpaqlarına qayıdırlar. “Bu, həmAzərbaycan xalqının ləyaqətinin qorunması, həm də Konstitusiyanınəsas prinsiplərinin gerçək həyatda təsdiqi deməkdir. Məhz ŞanlıZəfər nəticəsində Konstitusiyamızın bütün müddəaları tam şəkildəbərpa olunub”.

Tədbir Türkiyənin ədliyyə nazirinin müşaviri Muharrem Kılıçınmoderatorluğu ilə “Konstitusion dəyərlər və insan hüquqları: Qlobaltrendlər və çağırışlar” mövzusunda panel iclası ilə davam edib.

İclasda Gürcüstan Konstitusiya Məhkəməsinin sədri RevazNadaraia, Ankara Universitetinin professoru Cavid Abdullazadə,Türkiyənin Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu,Özbəkistanın Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Feruza Eşmatova, Qazaxıstanın İnsan Hüquqları üzrəMüvəkkili (Ombudsman) Artur Lastayev çıxış ediblər.

Daha sonra tədbir müzakirələrlə davam edib.

Prezident Administrasiyasının Qanunvericiliyin inkişafısektorunun müdiri Araz Poladovun moderatorluğu ilə keçən“Konstitusion prinsiplər: Qanunun aliliyinə aparan yol” mövzusundaikinci panel iclasda Qırğızıstan Konstitusiya Məhkəməsinin sədriEmil Oskonbayev, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC)sədri, Moldovanın Uşaq Hüquqları üzrə Xalq Vəkili Vasile Koroy,Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçıdirektoru Samir Mahmudov, Bəhreyn Krallığının Müstəqil OmbudsmanıGhada Hameed Habib, Gürcüstan Xalq Müdafiəçisi (Ombudsman) Levanİoseliani məruzə ilə çıxış ediblər.

İslam Əməkdaşlıq Təşkilatı Ombudsman Assosiasiyasının BaşKatibi, Pakistan Vergi Ombudsmanının hüquq müşaviri Almas AliJovindahın moderatorluğu ilə keçən “Qlobal hüquqi transformasiyalardövründə konstitusionalizm və dövlət suverenliyi” mövzusunda üçüncüpanel iclasda Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi FərhadTutayuk, Türkiyə Prezident Administrasiyasının Hüquq SiyasətiŞurasının üzvü Vedat Ali Tektaş, Qırğızıstanın Ombudsmanı JamiliaJamanbaeva, Taylandın Konstitusiya Məhkəməsinin hakimi NoppadonTeppitak, Milli Məclis Aparatının rəhbəri, HEQT Mərkəzinin MüşahidəŞurasının üzvü Fərid Hacıyev məruzələrlə çıxış ediblər.

Çıxışçılar, o cümlədən qonaqlar tədbir iştirakçılarınaAzərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cuyubileyi münasibətilə təbriklərini çatdırıblar.

Konfransın sonunda Konstitusiya Məhkəməsinin sədri FərhadAbdullayev yekun nitqi ilə çıxış edib.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Избранный
29
5
az.trend.az

6Источники