RU

Şəhid dostunun şəklini paylaşdı, eyni gündə həlak oldu

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

C-130 qəzasında şəhid olan baş gizir Ramazan Yağızın təyyarəyə minməzdən əvvəl Azərbaycanda etdiyi paylaşım diqqət çəkib. 

"Unikal" xəbər verir ki, çavuş uçuşdan öncə üç il əvvəl eyni gün şəhid olan kəndlisi və uşaqlıq dostu, piyada baş giziri Emre Sevinçin fotosunu sosial media hesabında paylaşıb. 

Məlum olub ki, Bursadan olan təyyarə təmiri zabiti 1991-ci ildə atasını itirib. 

"Təəssüf ki, üç il sonra, ayın 11-də daha bir şəhidimizi itirdik. Dərin kədər içindəyik. Qardaşımız yetim böyüdü. Allah ona gözəl bir axirət nəsib etsin. Təyyarəyə minməzdən əvvəl üç il öncə "Pəncə Kilidi" əməliyyatında şəhid olan Emre Sevinçin xatirəsini yad etmək üçün bir paylaşım etmişdi. Saatlar sonra onun da təyyarə qəzasında şəhid olduğunu eşitdik. İki övladı var idi", - deyə kənd muxtarı açıqlayıb. 

Ağarza Elçinoğlu 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
78
3
unikal.az

4Источники