Gürcüstanın Baş Prokurorluğu keçmiş baş nazir və keçmiş daxili işlər naziri Giorgi Qaxariyaya qarşı cinayət işi açıb.
Musavat.com xəbər verir ki, bu barədə Baş prokuror Giorgi Qvarakidze bildirib.
Müstəntiqlərin fikrincə, iş 2019-cu il iyunun 20-21-də Tiflisdə kütləvi etirazların baş verdiyi hadisələrə, eləcə də həmin ilin avqustunda Çorçana kəndində polis postunun quraşdırılmasına aiddir.
İstintaq iddia edir ki, Qaxariya daxili işlər naziri vəzifəsində işləyərkən səlahiyyət həddini aşıb. O, etirazçıların dağıdılması zamanı polisin qanunsuz hərəkətlərində, həmçinin Çorçana (Xaşuri rayonu) və Tsnelisi kəndləri yaxınlığında polis postu yaratmaqda ittiham olunur.
Giorgi Qaxariya özü 2025-ci ilin iyun ayından Almaniyadadır və Gürcüstan mediasının məlumatına görə, o, yaşamaq icazəsi alıb.
Musavat.com