RU

Luis Enrike itkilərə rəğmən, PSJ-nin cari heyətindən razıdır

PSJ-nin baş məşqçisi Luis Enrike zədəli oyunçularını əvəzləmək baxımından transfer bazarındakı fəaliyyətləri ilə bağlı sualı cavablayıb.

Arena.az ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Müxtəlif seçimlər üçün həmişə açığıq, amma transferlərlə bağlı təcili bir xüsus yoxdur. Hazırda narahatlıq üçün əsas görmürəm. Transfer planlayıram, yalnız müsbət deyil, həmçinin mənfi xüsuslarla bağlı da düşünürük. Hazırda heç bir fəsadımız yoxdur. Əlbəttə, zədəlilərimiz var. Amma fikrimcə, müvafiq halla hər bir komanda qarşılaşır. Seçimləri nəzərdən keçiririk, amma cari heyətimizlə bağlı rahat və məmnunuq”, deyə Luis Enrike vurğulayıb.

Xatırladaq ki, hazırda PSJ-də Əşrəf Hakimi, Nuno Mendes, Usman Dembele, Dezire Due kimi aparıcı futbolçular zədə səbəbindən komandaya kömək edə bilmirlər.

PSJ Liqa 1-in cari mövsümündə 12 oyuna topladığı 27 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb. Paris təmsilçisi keçirdiyi 12 oyunda 8 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
6
32
arena.az

10Источники