Futbol üzrə Fransa millisinin və PSJ-nin əsas qapıçısı Lyuka Şevalye bu ilin yayında düşərgəsinə qoşulduğu Paris klubu haqda söhbət açıb.
Arena.az fransız qapıçının müvafiq açıqlamasını təqdim edir:
“Həqiqətən hiss edirəm ki, PSJ – mənim uzun müddət qala biləcəyim bir klubdur. Mən hamıda əminlik hiss edirəm: əməkdaşlarmızda, oyunçularımızda… Düşünürəm ki, UEFA Çempionlar Liqasındakı zəfər klubumuzu xeyli yüngülləşdirib”, deyə Şevalye vurğulayıb.
Xatırladaq ki, PSJ Şevalyeni bu ilin avqust ayında “Lill”dən tamhüquqlu müqavilə əsasında öz heyətinə qatıb. 24 yaşlı fransız qapıçının transferi parislilərə 40 milyon avroya başa gəlib. Onun klubla müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. Şelalye indiyə qədər PSJ-nin heyətində 17 oyuna çıxıb, 18 qol buraxıb, 7 matçda qapısını toxunulmaz saxlayıb.
Lyuka Şevalye “Lill”in məzunudur. Qapıçı, karyerası ərzində həmçinin “Valansyen”də (icarə) çıxış edib.
Lyuka Şevalye Fransanın əsas yığmasına çağırış alsa da, debüt imkanı əldə etməyib.
“Transfermarkt” internet-portalı 24 yaşlı fransız qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

