RU

Xosep Qvardiola: “Buna nail olmaq çətindir” - ARENA.AZ

İngiltərə Premyer Liqasının 11-ci turunda “Liverpul”a qarşı oyun, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 54 yaşlı ispan mütəxəssis məşqçilik karyerası ərzində 1000-ci oyununu keçirib.

Təcrübəli məşqçi bununla bağlı düşüncələrini paylaşıb. “Pep” bunları vurğulayıb:

“İşimə sədaqət, şövq, sevgi – bunda məni kimsə üstələyə bilməz. “Barselona”da, “Bayern”də və burada inanılmaz uğurlara müvəffəq olmuşuq. Buna nail olmaq çətindir və hər şeyi yenidən başlasam, daha bacarmaram, bu, xeyli çox oyundur. Ümidvaram ki, qələbə qazanmağa davam edə biləcəyik. Elə görünə bilər ki, saxta təvazö nümayiş etdirirəm. Amma hər 10 oyundan 7-də qalib gəlirik, 1-də və ya 2-də heç-heçə oynayırıq”.

Xatırladaq ki, “Mançester Siti” – “Liverpul” oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Şəhərlilər” 11 turdan sonra 22 xalla Premyer Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıblar.

Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssisin İngiltərə klbubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 550 oyun keçiriblər, 395 qələbə qazanıblar, 69 heç-heçə ediblər, 86 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1371:515 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdıraraq, çoxlu qənimətlər qazandırıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
7
32
arena.az

10Источники