RU

Mədəniyyət Nazirliyi media resurslarında yayılan saxta məlumatlara münasibət bildirdi

Son günlər bəzi media resurslarında Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən, rəsmi mənbələrə əsaslanmayan saxta məlumatlar yayılıb.

Bu barədə Teleqraf-a Mədəniyyət Naziriliyindən məlumat verilib.

Nazirlik ictimaiyyətin etibarlı və dəqiq məlumatlandırılması məqsədilə yalnız rəsmi açıqlamalara və təsdiqlənmiş məlumatlara istinad edilməsini zəruri hesab edir.

Qeyd edilir ki, rəsmi təsdiqini tapmamış, qərəzli və dövlət qurumunun nüfuzunu ləkələməyə yönəlmiş məlumatların yayımlanması Azərbaycan Respublikasının qanunvericliyinin tələblərini pozmaqla yanaşı, hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır.

Избранный
10
14
teleqraf.com

10Источники