AZ

Nazirlikdən saxta məlumatlarla bağlı XƏBƏRDARLIQ

Yazını böyüt
Yazını kiçilt

Son günlər bəzi media resurslarında Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən, rəsmi mənbələrə əsaslanmayan saxta məlumatlar yayılır.

Hafta.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Nazirlik ictimaiyyətin etibarlı və dəqiq məlumatlandırılması məqsədilə yalnız rəsmi açıqlamalara və təsdiqlənmiş məlumatlara istinad edilməsini zəruri hesab edir.

Qeyd edirik ki, rəsmi təsdiqini tapmamış, qərəzli və dövlət qurumunun nüfuzunu ləkələməyə yönəlmiş məlumatların yayımlanması Azərbaycan Respublikasının qanunvericliyinin tələblərini pozmaqla yanaşı, hüquqi məsuliyyət tədbirlərinin görülməsinə əsas yaradır.

Seçilən
8
14
hafta.az

10Mənbələr