RU

Gürcüstan DİN-dən İLK AÇIQLAMA

Türk Hava Qüvvələrinə aid "C130" tipli hərbi yük təyyarəsi Azərbaycan sərhədinə 5 kilometr məsafədə, Siqnaxi bölgəsində qəzaya uğrayıb.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında qeyd olunub ki, hadisə ilə bağlı istintaq başladılıb və ətraflı məlumat ictimaiyyətlə mərhələli şəkildə paylaşılacaq.

Gürcüstan Hava Naviqasiyası İdarəsi isə açıqlamasında bildirib ki, təyyarə Gürcüstan hava məkanına girdikdən bir neçə dəqiqə sonra radar əlaqəsi kəsilib.

Избранный
57
33
publika.az

10Источники