RU

Türkiyənin daxili işlər naziri gürcüstanlı həmkarı ilə C130 təyyarəsi qəzasını müzakirə edib

BAKI, TurkicWorld

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcü həmkarı Gela Geladze ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə Ali Yerlikaya "X" sosial şəbəkə hesabında paylaşım edib.

Nazir Azərbaycandan Türkiyəyə uçan C130 yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbərini dərin hüznlə qarşıladığını bildirib.

O, axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycandan havaya qalxan Türkiyəyə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.

Избранный
22
2
turkic.world

10Источники