RU

Azərbaycan musiqisi dünyaca məşhur «Carnegie Hall»da səslənib (FOTO)

Bakı. Trend:

ABŞ-nin Nyu York şəhərinin dünyaca məşhur «Carnegie Hall»konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140illik yubileyinə həsr olunan 9-cu “Florida Keys” Beynəlxalq MusiqiMüsabiqəsinin qaliblərinin qala-konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə,qala-konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi, Florida Azərbaycan-Amerika MədəniyyətAssosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Konsertdə müsabiqədə seçilən 50-dən çox gənc istedad orkestrləbirgə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib,Üzeyir Hacıbəylinin yaradıcılığından parçalar səsləndiriblər.ABŞ-də fəaliyyət göstərən azərbaycanlı pianoçu, beynəlxalqmüsabiqələr laureatı, Prezident təqaüdçüsü Əli Məmmədovun,Azərbaycandan yarışmaya qatılan gənc musiqiçi Milana Nabiyevanın,fleyta ifaçısı Emili Məmmədova-Zəkiyyənin çıxışları alqışlarlaqarşılanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasovaçıxış edərək qalibləri təbrik edib, Azərbaycan musiqisinin dünyadatanıdılmasında xüsusi rol oynayan müsabiqənin təşkilatçılarınatəşəkkürünü bildirib. Qaliblərə diplomlar və pul mükafatları təqdimolunub.

Qala-konsertin Azərbaycanın şanlı Zəfər Günü və Dövlət BayrağıGününün qeyd olunduğu vaxta təsadüf etdiyini nəzərə alaraq,Azərbaycan xalqına təbriklər ünvanlanıb.

Qeyd edək ki, “Florida Keys” Beynəlxalq Musiqi MüsabiqəsiAzərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin şərəfinə təsisolunub. Müsabiqənin təsisçiləri ABŞ-nin Florida ştatında fəaliyyətgöstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının Təhsil vəmədəniyyət komitəsinin direktoru, tanınmış incəsənət xadimləriCövdət Hacıyev və Əminə Dilbazinin qızı Pərvin Muradova, eləcə dəAssosiasiyanın prezidenti Töhfə Eminovadır. Hər il Assosiasiyanıntəşkilatçılığı ilə keçirilən bu müsabiqənin əsas məqsədi dünyanınmüxtəlif ölkələrindən istedadlı musiqiçiləri üzə çıxarmaq vəAzərbaycanın zəngin musiqi irsinin təbliğinə töhfə verməkdir.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
64
4
az.trend.az

5Источники