RU

Su anbarında 74 cəsəd tapıldı - Təfərrüatlar sirr olaraq saxlanılır

İranın Əlborz əyalətindəki Kərəc su anbarının quruması ilə bəndin yatağında 74 nəfərin cəsədi aşkarlanıb.

News365.az xəbər verir ki, "Azad İran" resursu məlumat yayıb. Meyitlərin çoxunun əlləri və ayaqları bağlı, bəzilərinin isə sellofan, xalça və ya kovrolitə bükülmüş halda bəndə atıldığı bildirilir.

Məhkəmə və təhlükəsizlik orqanları hələlik cəsədlərin kimliyini və ölüm səbəblərini açıqlamayıb. Qeyd olunur ki, xəbərin yayılmasından bir neçə saat sonra məlumat İran resurslarından silinib və yerli mənbələr bunun ETTELAAT və Ədliyyə nazirliklərinin təzyiqi ilə baş verdiyini bildirib.

Xatırladaq ki, son illərdə İranda etiraz aksiyaları zamanı çoxsaylı şəxslər itkin düşüb, lakin dövlət qurumları onların taleyi barədə açıqlama verməkdən imtina edib.

News365.az 

Избранный
56
10
news365.az

10Источники