RU

Mbappe: “Poqba tezliklə ən yaxşı formasında olacaq”

“Real”ın hücumçusu Kilian Mbappe “Monako”nun yarımmüdafiəçisi Pol Poqbanın tezliklə zədədən sağalıb futbola qayıdacağına ümidini ifadə edib.

Arena.az fransalı futbolçunun həmyerlisi barədə müvafiq açıqlamasını təqdim edir:

“Biz Poqba ilə mütəmadi zəngləşirik. Ümidvaram, o tezliklə ən yaxşı formasında olacaq. Düşünürəm, onun qayıdışına çoxları böyük ümid bəsləyirlər”.

Poqba özü də zədələnərək Knyazlıq klubunda debütünün təxirə düşməsi ilə bağlı danışıb:

“Səbr. İlahi plan – ən yaxşı zamandır”, deyə Poqba vurğulayıb.

Xatırladaq ki, Pol Poqba cari ilin iyun ayında azad agent qismində “Monako”ya qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar. Amma mövsümün geridə qalmış hissəsində Poqbaya Knyazlıq klubunda debüt etmək qismət olmayıb. Buna səbəb təcrübəli futbolçunun zədədən əziyyət çəkməsidir.

Poqba daha öncə “Mançester Yunayted” (233 oyun, 39 qol, 51 assist) və “Yuventus”da (190 oyun, 34 qol, 40 assist) çıxış edib.

Yarımmüdafiəçi 2013-cü ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 91 oyun keçirib, 11 qol vurub, 9 məhsuldar ötürmə verib.

Poqba “xoruzlar”la, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı fransalı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Избранный
28
1
arena.az

10Источники