RU

Azərbaycan – İslandiya oyununun hakimləri müəyyənləşdi

Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Publika.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşü Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi monteneqrolu Nikola Dabanoviç olacaq. Ona həmyerliləri Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Miloş Boşkoviç yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimləri serbiyalı Momçilo Markoviç və Aleksandar Jivkoviç olacaq.

Избранный
24
24
publika.az

10Источники