RU

Azərbaycanla bağlı MƏXFİ PLAN quranların MƏKRLİ NİYYƏTLƏRİ üzə çıxdı VİDEO

Yenisabah saytına istinadən ain.az xəbər verir.

USAİD, "Vaşinqton Post", "Nyu-York Tayms", "Assoşeytid press", BBC - dünyada sülh və sabitliyə qarşı birləşən bu media qurumları öz planlarını həyata keçirməyə çalışırlar. Sülh tərəfdarları və regionlarla sabitliyi qorumağa çalışanlar onların hədəfindədirlər. Faktlar da bunu sübut edir.

USAİD casus dosyesində olan məxfi məlumatların deşifrə olunmaması üçün media qurumları ilə fəaliyyət göstərib. Statistikaya əsasən, 700-dən artıq media qurumu, 6000-dən çox jurnalist, eyni zamanda media qurumları ilə fəaliyyət göstərən 300-ə yaxşın QHT ilə sıx əlaqədə olub və onlara külli miqdarda vəsaitlər ötürüb. İşin ən qaranlıq və məxfi tərəfi isə dünyanın aparıcı media qurumlarının USAİD ilə əlbir olmaları olub. Məsələn BBC, "Nyu-York Tayms", "Assoşeytid press", "Frans Press" kimi nəhəng media qurumları USAİD-dən il ərzində milyonlarla dollar ianə cəlb ediblər. 

Bu gün yaşananlar illərdir BBC-nin Azərbaycanı hədəfə almasının əsl mahiyyətini də ortaya çıxarmış olur. Azərbaycan qarşıdurmaların həll olunmasına və sülhün bərqərar olmasına çalışır. Bu isə müəyyən beynəlxalq təşkilatları narahat edir. Beləliklə həmin təşkilatların maliyyələşdirdiyi media qurumları da sakit qalmır. Çünki onlar bunun qarşılığında külli miqdarda vəsait alırlar.

Daha ətraflı AzTV-nin videomaterialında:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
3
yenisabah.az

4Источники