RU

Plan işə yaramadı - Qəzza parçalana bilər

Ajans.az xəbər verir ki, "Reuters" agentliyinə danışan mənbələr bildiriblər ki, planın növbəti mərhələsinin icrası “praktiki olaraq dondurulub”. Hazırda İsrail ordusu Qəzza zolağının 53 faizinə nəzarət edir, təxminən 2 milyon insan isə HƏMAS-ın nəzarətində olan qalan hissədə yaşayır. Trampın planına əsasən, növbəti mərhələdə İsrail ordusu “sarı xətt” adlanan müvəqqəti sərhəddən tədricən geri çəkilməli, onun yerinə “çoxmillətli təhlükəsizlik qüvvələri” yerləşdirilməli idi. Lakin bu bəndlərin icra mexanizmi və vaxt cədvəli hələ də müəyyən olunmayıb. Qeyd edilir ki, ABŞ prosesdən çıxış yolu tapmasa, hazırkı “sarı xətt” uzun müddət Qəzzanı iki hissəyə bölən faktiki sərhədə çevrilə bilər. Planın ilk mərhələsində, yəni girovların və fələstinli məhbusların azad edilməsindən sonra digər addımlar dayandırılıb. İsrail HƏMAS tam şəkildə silahı yerə qoymadan geri çəkilməkdən imtina edir, Qəzzanın idarə edilməsində Fələstin Administrasiyasının iştirakına qarşı çıxır. Həmçinin, çoxmillətli qüvvələrin tərkibi barədə də razılıq əldə edilməyib.

Diplomatik mənbələr deyiblər ki, bu şəraitdə heç bir dövlət, o cümlədən Avropa və ərəb ölkələri, öz hərbçilərini Qəzzaya göndərməyə hazır deyil. Onların fikrincə, əgər beynəlxalq qüvvələrin funksiyası “sülhün qorunması” çərçivəsini aşarsa, bu, fələstinli silahlı qruplarla birbaşa qarşıdurma riskini artıracaq.

Избранный
36
2
Ajans.az

10Источники