RU

KİV: Qəzza İsrail və HAMAS arasında bölünə bilər

Qəzzanın iki hissəyə-biri HAMAS, digəri isə İsrail tərəfindən idarə olunan bölgələrə bölünməsi ehtimalı artır.

Aznews.az xəbər verir ki, bu barədə “Reuters“ə adı açıqlanmayan bir sıra mənbələr məlumat verib.

Mənbələr bu ehtimalın artmasını ABŞ prezidenti Donald Tramp tərəfindən təklif edilən sülh planının icrası ilə bağlı səylərin zəifləməsi ilə əlaqələndirib.

Reuters“ə danışan 6 avropalı diplomatik mənbə Trampın sülh planının atəşkəsdən sonrakı mərhələsinin icrasının faktiki olaraq dayandırıldığını bildirib. Qəzzada yenidənqurma işlərinin İsrail tərəfindən idarə olunacaq hissə daxilində məhdudlaşacağını iddia edilib.

Qeyd edək ki, İsrail və HAMAS arasında atəşkəs Trampın sülh planı çərçivəsində oktyabrın 10-da qüvvəyə minib.

Избранный
33
5
aznews.az

10Источники