Qurban Qurbanov “Qarabağ” futbol klubunun uzun illər prezidenti və fəxri prezidenti olmuş Abdolbari Gozalın məzarını ziyarət edib.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, “Azərsun Holdinq”in qurucusu bu ilin 18 yanvar tarixində 76 yaşında Dubay şəhərində vəfat edib.
İş adamı A.Gozal 2001-ci ildə, “Qarabağ” Futbol Klubunun ən ağır dövründə onu himayəsinə götürmüş, bununla da komandanı dağılmaq təhlükəsindən qurtarmışdı.
O, 2001-2015-ci illərdə klubun prezidenti, 2015-2025-ci illərdə isə fəxri prezidenti olub.
Bu illər ərzində “Qarabağ” 10 dəfə Azərbaycan çempionu olub, 7 dəfə ölkə kubokunun qalibi olub.
