RU

Sabah hava əsasən yağmursuz keçəcək

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycanda noyabrın 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 18-23° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 15-20° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 15-20°, bəzi yerlərdə 22° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-6° isti, gündüz 10-15° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada əsasən yağmursuz. Arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 17-21° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda əsasən yağmursuz. Arabir duman. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 17-21° isti, dağlarda gecə 11-13° isti, gündüz 17-20° isti olacaq.

Избранный
17
16
azertag.az

10Источники