Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanda akkreditə olunmuş Avropa İttifaqına (Aİ) üzv dövlətlərinin diplomatik missiyalarının rəhbərləri ilə görüşündə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib.
Bu barədə Aznews.azErmənistan KİV-lərinə istinadən xəbər verir.
"Görüş zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesinə və regional hadisələrə xüsusi diqqət yetirilib. Eyni zamanda, Ermənistan-Aİ tərəfdaşlığı ilə bağlı müxtəlif məsələlərin və parlament səviyyəsində münasibətlərin dərinləşdirilməsinin ətraflı müzakirəsi aparılıb", - məlumatda bildirilib.