RU

Almaniyanın Hessen əyalətində zəncirvari qəza nəticəsində 13 nəfər xəsarət alıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Berlin, 11 noyabr, AZƏRTAC

Almaniyanın Hessen əyalətində magistralda zəncirvari qəza baş verib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, qəza nəticəsində 13 nəfər xəsarət alıb.

Qəzaya bir minik avtomobilinin zolaq dəyişərkən qoşqulu yük maşınının qarşısına çıxması səbəb olub. Ardınca daha beş avtomobil və ikinci bir yük maşını da digər nəqliyyat vasitələrinə çırpılıb. Sərnişinlərdən üçünün vəziyyəri ağırdır.

Qəza nəticəsində magistralın bir hissəsi bağlanıb, təxminən 10 kilometr uzunluğunda tıxac yaranıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
azertag.az

2Источники