ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Senatı hökumətin yanvar ayının sonuna qədər maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcə layihəsini 60 lehinə, 40 əleyhinə səslə qəbul edib. Layihə Nümayəndələr Palatasından da keçərsə, Prezident Donald Trampın imzasına təqdim olunacaq.
Sherg.az xəbər verir ki, sənəd Kənd Təsərrüfatı və Veteran İşləri nazirlikləri ilə yanaşı, digər federal qurumlara da 30 yanvara qədər maliyyə təminatı verir. Həmçinin bağlanma dövründə işdən çıxarılması planlaşdırılan 4 mindən çox əməkdaşın vəzifəsində qalması nəzərdə tutulur.
Səhiyyə subsidiyalarının uzadılması layihəyə daxil edilməyib, lakin bu məsələ üzrə dekabrda ayrıca səsvermə gözlənilir.
Xatırladaq ki, Konqresin büdcə razılığına gələ bilməməsi səbəbilə hökumət 1 oktyabrdan etibarən fəaliyyətini dayandırmışdı. Bu, ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanması olmuşdu.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.