RU

Dünya bu hadisədən danışır - ŞOK OLAY - 32 yaşlı kişi görün nə edib…

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yerləşən bir xəstəxanada dəhşət yaşanıb.

Musavat.com bildirir ki, hadisə ötən şənbə Köln şəhərindəki bir xəstəxananın reanimasiya şöbəsində baş verib.

Alkoqol asılılığından müalicə olunan 32 yaşlı kişi eyni reanimasiya otağında olan 75 yaşlı xəstənin tənəffüs cihazını çıxararaq onun ölümünə səbəb olub.

Xəstəxananın təhlükəsizlik işçiləri dərhal 32 yaşlı şəxsi saxlayıblar. Prokurorluğun qərarı ilə o, narkotik müalicəsi alan xəstələrin yerləşdiyi xəstəxanaya göndərilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Musavat.com

Избранный
44
musavat.com

1Источники