RU

COP29-un gənclər üzərində qurulan irsi geləcək sammitlər üçün iştirak modelidir - Yalçın Rəfiyev

Bakı. Trend:

Braziliyanın Belen şəhərində keçirilən COP30 sammitinin ilk günüuşaqlar və gənclərin iştirakı ilə bağlı məsələlər diqqət mərkəzindəolub.

“Uşaqlar və İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu”nun nazirlərgörüşü zamanı iştirakçılar uşaqyönümlü iqlim siyasətləri vəmaliyyələşdirmə mexanizmlərinin gücləndirilməsi mövzusundamüzakirələr aparıblar.

Trend-inməlumatına görə, görüş UNICEF-lə birgə təşkil edilib və təşkilattədbirdə Qlobal Uşaq Riskləri Bazası (Global Child Hazard Database)adlı yeni məlumat platformasını təqdim edib. Bu baza ölkələrəuşaqyönümlü milli iqlim siyasətlərinin və yeni nəsil iqlimplanlarının (NDCs 3.0) hazırlanmasında dəstək göstərməyihədəfləyir.

Tədbirdə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev də iştirakedib.

Yalçın Rəfiyev çıxışında vurğulayıb ki, COP29-un gənclərin vəuşaqların iştirakı üzərində qurulan irsi gələcək sammitlər üçünmənalı iştirak modelinə çevrilib.

Baş danışıqçı qeyd edib ki, COP29 Sədrliyinin Gənclər üzrə İqlimÇempionu və UNICEF arasında qurulan əməkdaşlıq nəticəsindəuşaqyönümlü iştirakın təşviqi, gənclərin liderliyi ilə həllərinirəli çəkilməsi və iqlim qərarlarında uşaqların səsinineşidilməsini təmin edən mühüm platforma yaranıb.

COP29-un
COP29-un
Məqalədə:
Избранный
71
4
az.trend.az

5Источники