RU

Sabit və uğurlu Suriya regiondakı bütün ölkələr üçün çox vacibdir – Tramp

ABŞ prezidenti Donald Tramp Suriyaya kömək etməkdə qərarlıdır.

Musavat.com xəbər verir ki, o, bunu Suriya prezidenti Əhməd əl-Şara ilə görüşdən sonra Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada qeyd edib: "Suriyanın uğurlu bir ölkə olmasına kömək etməyə hazırıq".

Tramp hesab edir ki, Suriyanın hazırkı lideri "ölkəsini çiçəkləndirməyə qadirdir": "İnanıram ki, bu lider bunu edə bilər”.

O, Truth Social-da qeyd edib ki, Əhməd əl-Şaraa ilə görüşdə Yaxın Şərqdə sülh əsas müzakirə mövzusu olub: "Suriyanın yeni prezidenti Əhməd Hüseyn əl-Şaraa ilə vaxt keçirmək mənim üçün şərəf idi. Onun əsas tərəfdarı olduğu Yaxın Şərqdə sülhün bərqərar olmasının bütün incəliklərini müzakirə etdik".

ABŞ prezidenti suriyalı həmkarı ilə yenidən görüşməyi səbirsizliklə gözlədiyini bildirib: "Hamı Yaxın Şərqdə baş verən böyük möcüzədən danışır. Sabit və uğurlu Suriya regiondakı bütün ölkələr üçün çox vacibdir".

Qeyd edək ki, ABŞ və Suriya prezidentləri arasında görüş 10 noyabrda Ağ Evdə baş tutub. Qərb mediası bildirib ki, bu, Suriya liderinin 1946-cı ildə müstəqillik qazandıqdan bəri Ağ Evə ilk səfəridir.

Musavat.com

Избранный
27
1
musavat.com

7Источники