Qurbanın qardaşının sözlərinə görə, terrorçuların əsas şikayətləri qadının qanunsuz silahlı qrupların hərəkətləri ilə bağlı hakimiyyət və hökumət qüvvələri ilə əməkdaşlıq etməsi olub.
Əsir götürülən qadın yerli əhaliyə qarşı qorxutma aktı olaraq şəhər mərkəzindəki Müstəqillik Meydanında güllələnib.
Daha əvvəl Mali hakimiyyəti yanacaq təchizatında fasilələrə səbəb olan terror fəaliyyətinin artması səbəbindən məktəb fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı.
Mart ayında İsrail qüvvələri Qəzzanın cənubundakı Rəfahın Tel əl-Sultan ərazisində ən azı 14 tibb və xilasetmə işçisini edam edib.
Qurbanlar Mülki Müdafiə, Qırmızı Aypara və qərbi Rəfahın Tel əl-Sultan ərazisində yaralı və mühasirəyə alınmış fələstinli mülki şəxslərə kömək etmək üçün göndərilən BMT agentliyinin birgə komandasının üzvləri idi.
Əl-Cəzirə telekanalının məlumatına görə, edam edilən tibb işçilərinin cəsədləri dəfn edilib, bəzilərinin cəsədləri bağlı, bir çoxunun isə sinəsində və başında güllə yaraları olub.
Əli Babayev