RU

TƏCİLİ! İsrail və İran arasında yeni müharibənin ANONSU VERİLDİ: "An məsələsidir”

İsrail və İran arasında yeni silahlı toqquşmanın baş verməsi artıq zaman məsələsinə çevrilib.

Musavat.com xəbər verir ki, "The New York Times" qəzetinin məlumatına görə, İran raket istehsalını sürətlə artırır və eyni vaxtda 2000-ə yaxın raket buraxmaq imkanına sahib olmağa çalışır.

Mənbənin iddiasına əsasən, Tehran hazırda 11 nüvə başlığı hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uran ehtiyatına malikdir və beynəlxalq nəzarətçilərin girişinə qapalı yeni uran zənginləşdirmə obyektinin tikintisini davam etdirir.

Ekspertlər hesab edirlər ki, iyun ayında baş vermiş 12 günlük müharibə İranın nüvə proqramını tam dayandırmayıb və İsrail ilə ABŞ-ın endirdiyi zərbələr gözləniləndən daha az təsirli olub.

Qəzet yazır ki, Vaşinqtonla danışıqların dalana dirənməsi və 2015-ci il nüvə sazişinin müddətinin bitməsi fonunda, Yaxın Şərqdə bir çoxları yeni müharibəni “demək olar ki, qaçılmaz” hesab edir.

Musavat.com 

Избранный
41
3
musavat.com

4Источники