RU

Şəhidin qardaşı arı sancması nəticəsində ölüb - TƏFƏRRÜAT

Şahbuz rayon Kükü kənd sakini 1959-cu il təvüllüdlü Aftandil Hüseynqulu oğlunu Həsənovu qızının yaşadığı evdə arı sancıb. Ajans.az "Baku TV"yə istinadən xəbər verir ki, ölümün təfərrüatı məlum olub. "Əvvəl də bir neçə dəfə onu arı sancıb. Hər dəfə halı pisləşirdi. Bu dəfə isə həyətdə arı pətəyinin yanında dayanmışdı. Bu zaman arı gözündən sancıb. İki-üç addım yeriyəndən sonra yerə yıxıldı. Rəngi qaralmışdı. Xəstəxanaya apardıq, həkimlər nə qədər çalışsalar da, onu həyata qaytara bilmədilər", - qohumlardan biri söyləyib. "Bir neçə ay öncə ürəyindən əməliyyat olunmuşdu, bu da şok vəziyyətini daha da ağırlaşdırmış ola bilər", - digər bir qohum bildirib. Qeyd edək ki, Aftandil Həsənov Sədərək döyüşləri şəhidi Müşviq Həsənovun qardaşı idi.

Избранный
43
7
Ajans.az

8Источники