Növbəti İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə bəlli olub. Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib. O, VII İslamiadaya 2029-cu ildə Malayziyanın ev sahibliyi edəcəyini bildirib.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilir.