RU

İmişlidə hamilə qadın və bətnində olan uşaq xəstəxanada ölübVİDEO

İmişlidə doğum sancıları ilə xəstəxanaya aparılan hamilə qadın xəstəxanada ölüb.

Xezerxeber.az-ın məlumatına görə, ötən gün İmişli rayonunun Cəfərli kənd sakini, 42 yaşlı Mirvari Hətəmova 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.

Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən keçinib. Qadının həyat yoldaşı Daşqın Əhmədov bildirib ki, həyat yoldaşı hamiləlik sanıcısı ilə xəstəxanaya aparılıb.

“Yüngül sancılar oldu və dərhal xəstəxanaya apardıq həkimlərə təhvil verdik və gözlədik, bizə məlumat verdilər ki, burda gözləməyin və gedə bilərsiz. Biz isə evə çatanda xəbər gəldi ki, ana xəstəxanada dünyasını dəyişib. Hamiləlik dövründə hər hansı narahatlıq olmamışdı və demək olar ki, hər ay həkim müayinəsində olurdu. Bu, dördüncü doğuşu idi. İlk uşaq anadan olandan sonra zəif olduğu üçün dünyasını dəyişmişdi. Daha sonra iki övladımız olub, hazırda birinin 7 digərinin isə 4 yaşı var. Bu uşaq isə artıq doğuş ərəfəsində idi və xəstəxanaya apardıq və ana və bətnindəki uşaq öldü”.

Məsələ ilə əlaqədar TƏBİB-dən bildirilib ki, ötən gün saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib. Zəruri tibbi yardım göstərildikdən sonra o, ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
38
7
xezerxeber.az

10Источники