RU

Neymarı arxada qoydu

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 12-ci turunun “Selta” ilə oyununda (4:2) het-trik edib.
O, “Barselona”nın heyətində vurduğu qolların sayını 108-ə çatdırıb. Robert klubun bombardirlərinin siyahısında 13-cü yerə yüksəlib. Levandovski siyahıda Neymarı (105) üstələyib və PSJ-nin hazırkı baş məşqçisi Luis Enrikeyə çatıb. Siyahıya 672 qolla Lionel Messi başçılıq edir. Sezar Rodriges isə 226 qolla 2-ci yerdədi.
Levandovski “Barselona”da 2022-ci ilin yayından çıxış edir.

Избранный
27
3
football-plus.az

5Источники