AZ

Leandovski Neymarı keçdi, Enrikeyə çatdı

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Barselona"nın hücumçusu Robert Levandovski yeni uğura imza atıb.

QOL.az xəbər verir ki, 37 yaşlı hücumçu bunu ötən gecə La Liqanın 12-ci turunda "Selta" ilə oyunda (4:2) het-trik etməklə bacaıb. 

Levandoski "Barselona"nın heyətində vurduğu qolların sayını 108-ə çatdırıb. O, bunun sayəsində klubun bombardirləri siyahısında 13-cü yerə yüksəlib.

Levandovski siyahıda Neymarı (105) üstələyib və PSJ-nin hazırkı baş məşqçisi Luis Enrikeyə çatıb. Argentinalı hücumçu Lionel Messi 672 qolla siyahıya başçılıq edir. Sezar Rodriges isə 226 qolla 2-cidir.

Qeyd edək ki, Levandovski 2022-ci ilin yayından "Barselona"da oynayır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
3
qol.az

5Mənbələr