RU

“Zəfər Günü Azərbaycanın qlobal nüfuzunu göstərdi”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bu qələbə Azərbaycanın sabitlik və inkişaf yaradan dövlət kimi nüfuzunu möhkəmləndirib.Zəfər Günü münasibətilə dünyanın müxtəlif ölkələrindən Azərbaycana ünvanlanan təbriklər, bəyanatlar və sosial media paylaşımları ölkəmizin artan siyasi nüfuzunun və beynəlxalq aləmdə tanınmasının göstəricisidir".

Bunu Milli Məclisin deputatı Azər Badamov Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan təkcə qalib dövlət kimi deyil, həm də regionda sabitlik və inkişaf yaradan lider ölkə kimi qəbul olunur: “Dünya liderlərinin, beynəlxalq təşkilatların və dost ölkələrin təbrikləri Azərbaycanın qlobal miqyasda nüfuzunun artdığını göstərir. Bu, həm də ölkəmizin ədaləti bərpa edən, beynəlxalq hüquqa əsaslanan siyasət yürüdən, regionda sülh və inteqrasiya prosesinin əsas lokomotivi kimi qəbul olunduğunu təsdiqləyir. Təbriklərin və rəsmi bəyanatların çoxalması bəzən regionda balansı qorumağa çalışan aktorları daha ehtiyatlı mövqe tutmağa vadar edir.Azərbaycan diplomatiyasının əsas məqsədi bu qələbəni ‘sabitlik və inkişaf zəfəri’ kimi təqdim etməkdir. Bu, həm qonşulara, həm də beynəlxalq qurumlara qarşıdurma yox, əməkdaşlıq mesajı verir".

Deputat əlavə edib ki, dünya liderlərinin təbrik məktublarının mediada geniş işıqlandırılması Azərbaycanın etibarlı tərəfdaş kimi imicini daha da möhkəmləndirir: “Bu gün Azərbaycan dünya miqyasında sülhə, ədalətə və əməkdaşlığa xidmət edən, müstəqil siyasət yürüdən nüfuzlu dövlət kimi qəbul olunur".

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
icma.az

1Источники