RU

Qurban Qurbanov Okan Buruku təəccübləndirə bilməyib

“Çelsi” ilə oyun üçün Azərbaycana gələn türkiyəli şərhçi Ertem Şener oyundan iki gün sonra İstanbula yollanıb və Okan Burukdan müsahibə götürüb. Müsahibədə “Qarabağ”dan və Qurban Qurbanovdan da geniş danışılıb. “Football-plus.az” söhbətdən bir epizodu təqdim edir: “Üç il əvvəl Bakıda “Qarabağ”la keçirdiyimiz hazırlıq oyununda həm Qurbanovu, həm də “Qarabağ”ı yaxından tanımaq fürsətim oldu. Məncə, bu gün qazandıqları uğurlar təsadüfi deyil. O gündən etibarən komandalarının oyun üslubu və taktiki hazırlığını görə bilmişdim. Qarşı tərəfdə oynayanda, xüsusilə də idman baxımdan “Qarabağ” komandasının nə qədər güclü olduğunu daha yaxşı anlayırsan. Eyni zamanda Qurban Qurbanovun nə qədər bacarıqlı bir baş məşqçi olduğunu da orda, hətta, sadəcə, bir hazırlıq oyunu olsa belə, açıq şəkildə görmüşdüm. Buna görə də onun Avropada əldə etdiyi uğurlar mənim üçün heç də təəccüblü deyil”.
MÜZƏFFƏR QULUZADƏ

Избранный
46
1
football-plus.az

2Источники