RU

BDU kollektivi Zəfər muzeyini ziyarət edib

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Azərbaycanın Qələbə tarixini əks etdirən Zəfər muzeyini ziyarət edib.

SİA-nın məlumatına görə, BDU-dan bildirilib ki, ziyarətçilər muzeyin 44 günlük Vətən müharibəsinin gedişini, ön və arxa cəbhələrdə göstərilən qəhrəmanlıqları əks etdirən eksponatlara baxıblar.

Muzeydə ziyarətçilər LED monitorlarda süni intellektlə hazırlanmış videomateriallar vasitəsilə 44 günlük döyüşlərin gedişatı, döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi hücumlarla bağlı faktlarla tanış olublar.

Bundan əlavə, muzeydə təqdim edilən sənədli materiallar, foto və videoarxivlər, interaktiv nümayişlər, xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar və maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişini və şanlı Zəfər nəticəsində Azərbaycanın dövlət suverenliyinin bərpa olunmasını ətraflı şəkildə əks etdirib.

Избранный
37
2
sia.az

3Источники