RU

Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 44,663 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Moderator.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 % azdır.

Təkcə oktyabrda Türkiyə Azərbaycana 5,415 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,6 % azdır.

10 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,2 % azalaraq 14,22 milyard ABŞ dollarına, oktyabrda isə 3,8 % azalaraq 1,512 milyard ABŞ dollarına enib.

Türkiyədən ən çox geyim idxalını Almaniya 2 milyard 251,227 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,9 % az), Niderland 1 milyard 650,678 milyon ABŞ dolları (-5,3 %) və İspaniya 1 milyard 451,422 milyon ABŞ dolları (-9,1 %) dəyərində həyata keçirib.

Избранный
44
1
moderator.az

2Источники