RU

İsrail Müdafiə Nazirliyində yeni qadağa: Zabitlər jurnalistlərə açıqlama verə bilməyəcək

İsrailin müdafiə naziri Yoav Kats yeni göstəriş imzalayıb. Həmin göstərişə əsasən, yüksək rütbəli SAXAL (İsrail Müdafiə Qüvvələri) zabitlərinə şəxsi razılığı olmadan jurnalistlərə brifinq və ya açıqlama vermək qadağan edilib.

Musavat.com Haaretz qəzetinə istinadən xəbər verir ki, Yoav Kats bundan sonra bütün media görüşləri barədə əvvəlcədən məlumatlandırılma tələb edib. Nazirə görüşdə iştirak edəcək şəxslərin siyahısı, çıxış edəcək zabitin kimliyi və müzakirə olunacaq mövzular barədə ətraflı məlumat təqdim edilməlidir.

Mənbəyə görə, bu qərar ordunun informasiya siyasətində mərkəzləşdirilmiş nəzarətin gücləndirilməsi məqsədi daşıyır. Katsın əmri İsrailin təhlükəsizlik strukturlarında kommunikasiya qaydalarının daha sərt şəkildə tənzimlənməsi kimi qiymətləndirilir.

Musavat.com

Избранный
34
musavat.com

1Источники