RU

Bu ilin yanvar-sentyabr aylarında ölkəmizə Mərkəzi Asiya ölkələrindən 162 106 turist gəlib » AzadMedia.az

Bu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Mərkəzi Asiya ölkələrindən 162 106 turist gəlib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,2 % azdır (180 528 nəfər).

Azərbaycan Dövlət Turizm Agentliyi xəbər verir ki, Qazaxıstandan 78 127 (il ərzində azalma 9,5 %), Özbəkistandan 44 490 (-9 %), Türkmənistandan 24 029 (-27,2 %), Qırğızıstandan 8 243 (-5,4 %), Tacikistandan 7 217 turist (+18,4 %) gəlib.

Qeyd edək ki, bu ilin hesabat dövründə Azərbaycana 1 milyon 948 min 380 əcnəbi səfər edib, bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,76 % azdır (1 milyon 983 min 274).

2024-cü ildə Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını 34,13 % artaraq 180 528 nəfərə çatıb: Qazaxıstandan 86 304 nəfər (+48,62 %), Özbəkistandan 46 396 (+16,98 %), Türkmənistandan 33 020 (+26,93 %), Qırğızıstandan 8 715 (+49,51 %), Tacikistandan isə 6 093 turist (+21,62 %) gəlib.

Ümumilikdə 2017-2024-cü illərdə Mərkəzi Asiya ölkələrindən Azərbaycana 726 258 nəfər səfər edib. Qazaxıstandan 331 428, Özbəkistandan 182 310, Türkmənistandan 178 236, Qırğızıstandan 30 011, Tacikistandan isə 24 246 turist gəlib.

Избранный
19
13
azadmedia.az

10Источники