RU

Rusiya: Ukrayna böhranı yalnız məqsədlərimizə çatanda bitə bilər

Kremlin sözçüsü Peskov Ukrayna böhranının həlli ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Peskov Ukrayna böhranının bir an əvvəl bitməsinin tərəfdarı olduqlarını ifadə edərək, "Bu böhran ancaq Rusiya qarşıya qoyduğu məqsədlərə çatdıqda bitə bilər" dedi.

O, məsələnin siyasi diplomatik yollarla həllinə açıq olduqlarını, lakin Ukrayna ilə danışıqlarda fasilə yarandığını bildirib və bunları qeyd edib:

"Bu pauza bizim günahımız deyil. Həmkarlarımız danışıqları davam etdirməyə imkan verməkdən imtina edirlər. Ukraynanın müharibədə qalib gələcəyinə və öz maraqlarına hərbi yolla nail olacağına inanan avropalılar həmkarlarımızı təhrik edir. Bu, ciddi səhvdir, çünki cəbhə xəttində vəziyyət bunun tam əksini göstərir. Kiyevdə vəziyyət hər keçən gün daha da pisləşəcək".

Aytən Yaşar/ Turkustan.az

Избранный
38
1
turkustan.az

2Источники