Bakı, 10 noyabr, Cavid Əliyev, AZƏRTAC
Kristian Sebalyos “Sabah”ın məşqçilər korpusundan ayrılıb.
AZƏRTAC xəbər verir ki, gənc məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.
Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə “Sabah”da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.