RU

Türkiyədə televiziya kanalının binasına silahlı şəxs basqın etdi

BAKI, 10 noyabr. TELEQRAF

Türkiyədə "BeIN Sports" televiziya kanalının binasına silahlı şəxs daxil olub.

Teleqraf xəbər verir ki, hadisə İstanbulun Ayazağa bölgəsində baş verib. Əraziyə polis qruplar cəlb olunub.

İlkin məlumata görə, silahlı şəxs jurnalist Güntekin Onay ilə görüşmək istəyib. Polisin operativ müdaxiləsi nəticəsində silahlı şəxs zərərsizləşdirilərək saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Избранный
82
teleqraf.com

1Источники