RU

İran Qərbə meydan oxudu: “Bizim raketlərə qarışa bilməzsiniz”

İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani Qərbi İslam Respublikasına qarşı nüvə və raket məsələsini bəhanə edərək siyasi təzyiq göstərməkdə ittiham edib.

Musavat.com-un məlumatına görə o bildirib ki, ABŞ və Avropa İranın müdafiə gücünü zəiflətmək və regionda üstünlük əldə etmək məqsədi güdür.

Laricaninin sözlərinə görə, Qərbin son günlərdə İran raketlərinin məsafəsi ilə bağlı narahatlıq bildirməsi, onların bölgədə dominasiya istəyinin göstəricisidir:

“Onlar nə üçün İran raketlərinin məsafəsinə qarışır? Biz də deyə bilərik ki, Avropa raket və nüvə arsenalına sahib olduğu müddətdə müharibəyə hazır olmalıdır. Bu, iki yanaşmanın fərqidir: biri güc və hegemonluq məntiqi ilə hərəkət edir, digəri isə balanslı münasibətlər qurmağa çalışır”.

Laricani vurğulayıb ki, İran nə bölgədə hegemonluq niyyətindədir, nə də təhdidlər qarşısında geri çəkiləcək:

“İran heç kimə boyun əymir və boş hədələrə tabe olmur".

Musavat.com

Избранный
36
musavat.com

1Источники