RU

İslandiya millisinin baş məşqçisi: “Bakıda keçiriləcək oyun bizim üçün həlledici olacaq”

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson noyabrın 13-də Bakıda Azərbaycan millisinə qarşı keçiriləcək görüşün komanda üçün dünya çempionatı 2026-nın seçmə mərhələsində ən vacib oyunlardan biri olacağını bildirib.

İdman.Biz-in məlumatına görə, mütəxəssis noyabr ayında baş tutacaq səfər oyunlarının komandanın gələcək taleyi baxımından həlledici əhəmiyyət daşıdığını vurğulayıb:

“Azərbaycan və Ukraynaya qarşı səfər oyunları çətin və, demək olar ki, qrupun taleyini müəyyən edəcək qarşılaşmalar olacaq”, – deyə Qunnlauqsson Mbl.is nəşrinə açıqlamasında bildirib.

O, həmçinin Fransa ilə 2:2 hesablı heç-heçənin qrupdakı vəziyyətə ciddi təsir etdiyini qeyd edib:

“Fransadan aldığımız bit xal bizim üçün son dərəcə vacib idi. İndi fransızlar Ukraynanı məğlub etməyə məcburdurlar və Bakıya “mütləq qalib gəlmək” düşüncəsi ilə gəlmək istəməyəcəklər. Əgər Azərbaycan üzərində qələbə qazansaq, İslandiya turnir cədvəlində daha əlverişli mövqeyə yüksələ bilər.”

Qunnlauqsson Bakıda keçiriləcək oyunun xarakterinə də toxunub:

“Bu qarşılaşmalar ev oyunlarımızdan tam fərqli olacaq. Topa daha az nəzarət edə bilərik, amma komandamız artıq müxtəlif şəraitə uyğunlaşmağı öyrənib. İndi biz hər vəziyyətə uyğun taktiki dəyişiklik edə və fərqli tempdə oynaya bilirik.”

Baş məşqçi noyabr oyunlarında milliyə qayıdan Yohann Berd Qudmundssonun da roluna diqqət çəkib:

“Ümid edirəm, Yohann meydana idman əsəbiliyi ilə çıxacaq - yaxşı mənada. O, təcrübəli futbolçudur və komandanın balansı üçün son dərəcə önəmlidir”.

Qeyd edək ki, D qrupunda hazırkı vəziyyət belədir: Fransa - 10 xal, Ukrayna - 7, İslandiya - 4, Azərbaycan - 1.

Teymur Tuşiyev

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
46
1
icma.az

2Источники