RU

Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Gəncədə
Gəncədə bıçaqlanan 16 yaşlı yeniyetmənin vəziyyəti açıqlanıb. 1news.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dünən saat 19:50 radələrində 2009-cu il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sağ ayağın kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan şəxs ambulator müalicə üçün evə buraxılıb. 11:44 Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

1news.az-ın APA-ya istinadən məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
40
1
1news.az

10Источники