RU

“Tək yoldaşımı yox, ata, qardaş əvəzimi itirdim...“ Cəsur kəşfiyyatçının xanımından duyğulu sözlər

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Hər kəs yaxşı zabit, hərbçi ola bilər, amma qəhrəman ola bilməz. Qəhrəman olmaq üçün qəhrəman doğulmaq lazımdır".

Bu sözləri Baku TV-yə müsahibəsində Vətən müharibəsi iştirakçısı, kəşfiyyatçı, şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva söyləyib.

O bildirib ki, Anar Əliyev Azərbaycanın ən peşəkar kəşfiyyatçılarından biri olub:

"Azərbaycanda üç peşəkar kəşfiyyatçı varsa, onlardan biri Anar Əliyev olub. O, beş il məxfi dəstənin komandiri olub və 2011-ci ildə "Vətən uğrunda" medalı ilə təltif edilib".

Vüsalə Əliyeva həyat yoldaşını hər zaman qürurla xatırladığını qeyd edib:

"Anar şəhid olandan sonra onu öz həyat yoldaşım kimi yox, Azərbaycanın Qəhrəmanı olaraq tanımağa başladım. Onu bu adla yaşadıram və tanıdıram. Anar mənim üçün mükəmməl bir insan olub. Mən tək yoldaşımı yox, ən yaxın dostumu, ata, qardaş əvəzimi itirdim. Cismi bu dünyada olmasa da, ruhumda onu hər zaman yaşadacağam. Mənim üçün Anarın yoxluğu ayrılıq deyil, öləcəyim gün ona qovuşacağım tarix olacaq".

Daha ətraflı Baku Tv-nin videomaterialında:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
37
moderator.az

10Источники