"Ermənilər Füzulini tamamilə viran qoymuşdular. Orada sığınacaq yerlərimiz belə yox idi, atəş mövqeyi seçə bilmirdik. Amma Azərbaycan əsgəri düşmənin yaratdığı bütün maneələri peşəkarlıqla dəf etdi".
Bu sözləri Baku TV-yə müsahibəsində Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaət göstərən Vətən müharibəsi iştirakçısı, qazi Pərvin Abdullayev bildirib.
Qazinin sözlərinə görə, erməni silahlılarının atdığı minaatan mərmisinin partlaması nəticəsində ağır yaralanıb:
"Gözümdən yaralanmışdım, 9 ay hospitalda qalmışam. Ümumilikdə 15 dəfə əməliyyat olunmuşam".
Pərvin Abdullayev qeyd edib ki, Xankəndi stadionunun açılışına gedərkən Füzulinin yenidən salınmış yollarını görəndə kövrək hisslər yaşayıb:
"O yolda elə oğlanlarımız şəhid olmuşdu ki... İnsanı qəhər boğur. Amma sevinirdim ki, artıq işğaldan azad olunmuş torpaqlarımızda düşmənlər gəzmir".
Qazi bildirib ki, Vətən müharibəsində iştirak etdiyi üçün qürur hissi yaşayır:
"Qürur duyuram ki, müharibədə iştirak etdim və düşməndən qisasımızı aldıq".
Daha ətraflı Baku Tv-nin videomaterialında: