RU

Türkiyədə Mustafa Kamal Atatürkün xatirəsi anılır

Ankara, 10 noyabr, AZƏRTAC

Türkiyədə Respublikanın banisi və ilk Prezidenti Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, hər il noyabrın 10-da saat 09:05-də (Atatürkün İstanbulda, “Dolmabahçe” sarayında vəfat etdiyi dəqiq vaxt) bütün ölkə üzrə bir dəqiqəlik sükut elan olunur.

Uzaqgörən dövlət xadimi və istedadlı sərkərdə hələ sağlığında həm Türkiyədə, həm də onun hüdudlarından kənarda nüfuz və dərin ehtiram qazanmışdı.

Türkiyə vətəndaşları dünyanın hər yerində, Türkiyə xalqının milli-azadlıq hərəkatının lideri, taleyüklü siyasi, sosial və mədəni islahatların banisi olan Atatürkün xatirəsini ehtiramla yad edirlər.

Respublikanın bir çox şəhərlərində Atatürk abidələri önünə əklillər qoyulacaq.

Türkiyə Respublikasının banisinin Ankaradakı “Anıtkabır” mavzoleyində ölkə rəhbərliyinin iştirakı ilə rəsmi mərasim keçiriləcək.

Mustafa Kamal Atatürkün vəsiyyətləri Türkiyə vətəndaşları üçün hər zaman yolgöstərən olaraq qalır.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Избранный
50
1
azertag.az

2Источники