ain.az, Fanat portalına istinadən məlumat verir.
“Zirə” bütün turnirlər nəzərə alınmaqla tarixinin 400-cü oyununu keçirib.
Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XI turunun “Turan Tovuz”la ev matçına (0:0) təsadüf edib.
Əsası 2014-cü ildə qoyulan Bakı təmsilçisi indiyədək Premyer Liqada 315, ölkə kubokunda 39, birinci dəstədə 30, avrokuboklarda 16 oyun keçirib. Zirəlilər 178 qələbə qazanıb, 111 heç-heçə edib və 111 məğlubiyyət alıb. Topların fərqi 508-402-dir.
Qeyd edək ki, “Zirə” ilk oyununu 2014-cü il sentyabrın 7-də birinci dəstədə MOİK-ə qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.